Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metro tikintisi zamanı naməlum səbəbdən baş verən çökmə zamanı dağıntılar altında beş nəfər qalb.
Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul bələdiyyəsindən bildirilib.
Qeyd olunub ki, onların hər biri xilas edilib, vəziyyətləri isə qənaətbəxşdir.
22:56
Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metro tikintisi zamanı naməlum səbəbdən çökmə baş verib.
Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Kabataş prospektində qeydə alınıb.
Dağınta altında insanların qaldığı bildirilir.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub. Hazırda dağıntılar altında qalanların xilas ediməsi istiqamətində iş aparılır.