ABŞ-da Konqresin 20 üzvü Tramp adminstrasiyasına İsrailin Qəzzada soyqırımını tanımağa çağıran qətnamə təqdim edib.
Metbuat.az xəbər verir ki, qətnamədə Tramp administrasiyasına Soyqırım Konvensiyası çərçivəsində qanuni öhdəliklərini yerinə yetirməsi barədə çağırış edilib. Bu barədə Konqresin fələstinli üzvü Rəşidə Tlaib açıqlama verib. O, Nümayəndələr Palatasında İsrailin Qəzzada soyqırımını tanıyan qətnamənin təqdim edildiyini açıqlayıb.
Qətnamədə ABŞ administrasiyasını İsrailin Qəzzada Fələstin xalqına qarşı soyqırım cinayətini rəsmi olaraq tanımaq, İsrailə silah ötürülməsini dayandırmaq da daxil olmaqla, soyqırımın qarşısını almaq və cəzalandırmaq üçün tədbirlər həyata keçirmək barədə çağırış edilib.