Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb.
Metbuat.az xəbər verir ki, danışıq zamanı Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsi ilə bağlı başlanan axtarış-xilasetmə işlərinə dair son vəziyyət müzakirə olunub.
Gürcüstan Prezidenti qəza nəticəsində şəhid olan hərbçilər üçün Ərdoğana başsağlığı verib.
Türkiyə Prezidenti başsağlığı diləkləri və dəstəyi üçün Gürcüstan Prezidentinə təşəkkürünü bildirib.