İsrail mediası UEFA Çempionlar Liqasında “Budyo Qlimt” matçından əvvəl “Qalatasaray” azarkeşlərinin yaratdığı xoreoqrafiya ilə bağlı UEFA-ya şikayət edib.
Metbuat.az xəbər verir ki, azarkeşlərin oyundan əvvəl yaratdığı, üzərində nəhəng Fələstin bayrağı və "Soyqırımı dayandırın" şüarı olan xoreoqrafiya İsrail mediası tərəfindən etirazla qarşılanıb. Xoreoqrafiyanın fotosunu sosial media platformasında paylaşan “Hayom” qəzeti "Çempionlar Liqasında son dərəcə antisemit nümayiş: Türkiyənin “Qalatasaray” azarkeşləri Fələstin bayrağı yaratdılar və üzərində "Soyqırımı dayandırın" yazılmış nəhəng banner açdılar. UEFA onları cəzalandıracaqmı?", - deyə yazıb.
Qeyd edək ki, “Qalatasaray” - “Budyo Qlimt” matçı 3-1 hesabı ilə yekunlaşıb.