Metbuat.az xəbər verir ki, gizli sənədlər, hərbi anbarların xəritələri, partlayıcı maddələrin təxliyyə planları və şəxsi heyətlə bağlı məlumatlardan ibarətdir. Sənədlərdə təlim planları və qoşun yerləşdirməsinə dair məlumatlar yer alıb. Bəzi sənədlərdə hərbi qulluqçuların şəxsi məlumatları da var. Sənədlərin hərbi binanı bərpa edən özəl şirkət tərəfindən atıldığı iddia edilir. Məlumata görə, bu hadisə milli təhlükəsizliklə bağlı ciddi narahatlıqlara səbəb olub. Şirkətin sahibinin prokurorluqda istintaqa cəlb olunduğu bildirilir.