Saçların ağarması yaşlanma əlaməti deyil, eyni zamanda xərçəng riskinə qarşı qoruyucu mexanizm ola bilər.
Metbuat.az xəbər verir ki, bu qənaətə Tokio Universitetinin alimləri gəlib. Araşdırmaya görə, saçın rəngini verən kök hüceyrələr ciddi DNT zədəsi alanda fəaliyyətdən dayanır və bu da saçların ağarmasına gətirib çıxarır. Beləliklə, hüceyrələrin nəzarətsiz çoxalıb melanom kimi xərçəngə çevrilməsinin qarşısı alınır.
Yəni saçın ağarması, bədənin özünü qoruma üsullarından biri ola bilər.