“Yerli futbolçularımızı böyütmək, onlara güvənmək istəyirik. Elvin, Nəriman, Bəhlul Toralla rəqibə təzyiq göstəririksə, deməli, onlara inanıb güvənməliyik. Bir oyunçuya il boyu təzyiq varsa, o çıxıb meydanda özünü idarə edə bilirsə, çox böyük iş görür”.
Metbuat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Atletik"lə matçdan sonra baş tutan mətbuat konfransında deyib.
O qeyd edib ki, Nərimana son vaxtlar böyük təzyiqlər var:
"Adamın 21 yaşı var. Mən məşqçi kimi onun yanında olmalı, potensialını açmağa çalışmalıyam. Zədə alanadək Nəriman bizim qruplara düşməyimizdə ən böyük pay sahiblərindən biri olub. Azarkeşlərə haqq qazandırıram onlar ilk məndən sonra kollektivdən daha artığını gözləyirlər".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ" İspaniya səfərində "Atletik"ə 1:3 hesabı ilə məğlub olub.