ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü zamanı onu Rusiya ilə sülh əldə etmək üçün ərazi güzəştlərinə getməyə çağırıb.
Metbuat.az xəbər verir ki, bu barədə “The New York Times” Avropadakı diplomatik mənbəsinə istinadən məlumat dərc edib. Xəbərdə deyilir ki, Tramp Putinin tələbi ilə Zelenskiyə ərazi güzəştlərinə getməsi üçün təzyiq edib. Məlumata görə, görüşdən sonra Zelenski Avropa liderlərlə telefon danışığı zamanı onlara Trampın ərazi güzəştləri istədiyini, lakin israr etmədiyini bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Vladimir Zelenski ilə bir araya gəlmişdi. Danışıqların çətin keçdiyi və Trampın sərt mövqe sərgilədiyi iddia edilib.