Metbuat.az xəbər verir ki, ABŞ-nin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi tədarük edə biləcəyi irəli sürülüb. Məlumata görə, Zelenski administrasiyası 25 “Patriot” hava hücumundan müdafiə sistemi almaq üçün müqavilə üzərində işləyir. Müqavilədə Avropa ölkələri də iştirak edəcək və Kiyev tədarük tələbini irəli sürəcək. Kiyev “Patriot” sistemlərini Rusiya ballistik raketlərinin qarşısını almaq üçün güclü müdafiə hesab edir.