Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-yə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, o, ABŞ-nin narkotiklərlə mübarizə aparmaq bəhanəsi ilə Venesuelanı işğal etməsinin regional böhrana gətirib çıxaracağını ifadə edib. O, ABŞ Prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinə “narkotiklərlə mübarizə” bəhanəsi ilə Venesuela torpaqlarında əməliyyatlar aparmağa icazə verməsinə reaksiya verib. Qustavo Petro bildirib ki, ABŞ hər hansı bəhanə ilə Venesuelaya müdaxilə edərsə, bu, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasının qərarını açıq şəkildə pozmuş olar.
Qustavo Petro, “Prezident Tramp başa düşməlidir ki, bəzi siyasətlər öz xalqına zərər verir. Bunlardan biri Venesuelaya qoyulan embarqo idi. Milyonlarla venesuelalı Kolumbiyaya, bir çox Cənubi Amerika ölkələrinə və ABŞ-yə qaçmaq məcburiyyətində qaldı”, - deyə bildirib.