"Qarabağ" klubunun polşalı qapıçısı Mateuş Koxalski Almaniyanın "Borussiya Dortmund" klubundan təklif alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Metbuat.az Teleqraf.az-a istinadən xəbər verir ki, 25 yaşlı qolkiper xəbəri nə təkzib, nə də təsdiq edib:
"Mediada bu barədə xəbərlər çıxıb. Amma mən bunun doğru, ya da yanlış olduğunu deyə bilməyəcəyəm. Təəssüf ki, bu mövzuda danışa bilməyəcəyəm".
Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından "Qarabağ" klubunun şərəfini qoruyur.