Metbuat.az xəbər verir ki, Elina Valtonen Tbilisi şəhərindəki etiraz aksiyasına qatılıb və etirazçılara dəstəyini ifadə edib. Valtonen bildirib ki, vətəndaşlar demokratiya, ifadə azadlığı və fundamental insan hüquqlarından tam istifadə etməlidirlər. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Elina Valtonenin davranışına etiraz edib. O, Valtonenin Gürcüstan qanunlarını və Vyana Konvensiyasının 41-ci maddəsini pozduğunu irəli sürüb.