Fələstində fəaliyyət göstərən HƏMAS hərəkatının nümayəndələri ölən israilli girovların cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil veriblər.
Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, cəsədlərin təhvil verilməsi Qəzza şəhərində baş tutub. Onların sayı və şəxsiyyətləri barədə heç bir məlumat açıqlanmayıb.