Qəzzanın yenidən qurulması üçün təxminən 70 milyard dollara ehtiyac var.
Metbuat.az xəbər verir ki, BMT-nin İnkişaf Proqramının Fələstin üzrə xüsusi nümayəndəsi Jaco Cilliers belə açıqlama verib. O bildirib ki, BMT, Aİ və Dünya Bankının birgə layihəsi olan IRDNA Qəzzanın bərpası üçün 70 milyard dollara ehtiyac olduğunu irəli sürüb. Onun sözlərinə görə, Qəzzadan artıq təxminən 81000 ton dağıntı çıxarılıb ki, bu da təxminən 3100 yük maşını dolu dağıntıya bərabərdir.