Metbuat.az xəbər verir ki, ordu konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və bəzi dövlət qurumlarının fəaliyyətinin müvəqqəti dayandırıldığını elan edib. Yerli mətbuatın məlumatına görə, polkovnik Maykl Randrianirina komandanlığı altında olan qoşunlar ölkəyə nəzarəti ələ keçirib. Bildirilir ki, Madaqaskarın ali məhkəmə orqanı olan Konstitusiya Məhkəməsi polkovnik Randrianirini prezidentlik vəzifələrini icra etməyə dəvət edib.