Metbuat.az xəbər verir ki, mübadilə HƏMAS və İsrail arasındakı əsir mübadiləsi razılaşması çərçivəsində həyata keçirilib. İsrailin daha yüzlərlə fələstinlini azad edəcəyi bildirilir. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəsin əldə edilməsi ilə bağlı təklif irəli sürmüşdü. HƏMAS və İsrail arasında vasitəçilər vasitəsilə Misirdə aparılan danışıqlarda razılıq əldə edilib.