Rusiya tərəfindən pozuntu halında NATO Rusiya təyyarəsinin vurulmasını istisna etmədən, buna uyğun cavab verməlidir, o cümlədən hərbi yolla.
Metbuat.az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.
"Rusiya çox tez başa düşəcək ki, səhv edib və sərhədi keçib. Təəssüf ki, bu, münaqişə astanasında tarazlıq yaradır, lakin şərə təslim olmaq sadəcə mümkün deyil", - Pavel bildirib.