Qəzza zolağında son 24 saatda daha 8 fələstinli aclıq və qida çatışmazlığından ölüb.
Metbuat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə baş direktoru Münir əl-Burş məlumat yayıb.
Qeyd edilib ki, Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən bu yana aclıqdan ölənlərin sayı 115-i uşaq olmaqla 289-a yüksəlib.