Şimali Koreya Cənubi Koreya əsgərlərinin sərhəddə barrikadalar quran hərbçilərə xəbərdarlıq atəşi açmasını “təhlükəli təxribat” adlandırıb.
Metbuat.az xəbər verir ki, avqustun 19-da Şimali Koreya rəsmisi Ko Conq Çol bildirib ki, Cənubi Koreya sərhədi “həmişəlik bağlamaq” üçün barrikada layihəsi həyata keçirir.
O qeyd edib ki, bu addım gərginliyi qəsdən artırmağa xidmət edir.