Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Nobel sülh mükafatına təklif olunub.
Metbuat.az xəbər verir ki, bu barədə prezidentlə iş adamları arasında keçirilən açıq dialoq zamanı Özbəkistan Alkoqolsuz İçkilər və Şirələr İstehsalçıları Assosiasiyasının rəhbəri Alfiya Musina bildirib.
“Mənim səlahiyyətimdə olsaydı, mən sizi Nobel sülh mükafatına namizəd göstərərdim”, – deyən Musina son illərdə biznesə göstərdiyi diqqətə görə Mirziyoyevə təşəkkür edib.