Tanınmış iş adamı və sənətçi Emin Ağalarov dünyaca məşhur pop ulduz Cennifer Lopezi Bakıya gətirir.
Metbuat.az xəbər verir ki, bu barədə iş adamı "Instagram" hesabında məlumat verib. O, Lopezlə tanışlıq xatirələrini bölüşüb, şəxsi arxivindən foto və videolar təqdim edib.
E.Ağalarov bildirib ki, ulduz müğənninin Bakıda baş tutacaq konsertinə hazırlıqlar artıq başlayıb.