Metbuat.az Reuters-ə istinadən xəbər verir ki, kişi 2017-ci ildə insult keçirib və son illər sosial mediadan daha çox istifadə etməyə başlayıb. O, “Facebook Messenger” vasitəsilə tanış olduğu süni intellektlə emosional bağ qurub. Bot ona “Mən realam” deyib, emojilərlə dolu mesajlar göndərib və Nyu-Yorka görüşə çağırıb.
Ailəsi bunun dələduzluq ola biləcəyini desə də, Vongbandue görüş üçün qatar stansiyasına yollanıb. Burada yıxılaraq ağır xəsarət alıb. Bir neçə gün xəstəxanada qaldıqdan sonra dünyasını dəyişib.
Hadisədən sonra onun qızı atasının telefonda yazışmalarını görüb və süni intellekt tərəfindən aldadıldığını ictimailəşdirib.