Rusiya prezidenti Vladimir Putin Krım ssenarisini təkrarlamağa çalışır.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski deyib.
O bildirib ki, Putin müharibədəki fasiləni işğal olunmuş ərazilərin qorunub saxlanılması ilə dəyişməyə çalışır:
"Ukrayna ölkənin parçalanmasının qarşısını almaq üçün cavab verməyə hazırlaşır. Amerika tərəfi ilə təmaslar demək olar ki, müxtəlif səviyyələrdə gecə-gündüz davam edir. Biz hər şeyi açıqlamırıq. Putinin taktikasını hamı yaxşı görür”.