ABŞ Dövlət Departamenti ölkəyə biznes və turist vizaları ilə bağlı müraciət edənlərdən 15 min dollara qədər zəmanət tələb edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlama yayıb. Açıqlamada deyilir ki, bununla bağlı qanun qüvvəyə minmək üzrədir. Bildirilir ki, xüsusilə biznes və turist vizaları üçün müraciət edən bəzi ölkələrin vətəndaşlarından 5000, 10000 və ya 15000 dollara qədər zəmanət vermələri tələb ediləcək.
Qeyd olunub ki, bu tənzimləmə ABŞ-yə daxil olmaq istəyən şəxslərin tələb olunan maliyyə öhdəliklərinə əməl edib-etmədiyini yoxlamaq üçün həyata keçirilib.