#
TV CANLI
apa.az
Amerika
#
Amerika
Bank Of Baku
Tramp: Yanvarın 1-dən Rusiya 112,5 min, Ukrayna isə 8 min əsgər itirib
Tramp: Yanvarın 1-dən Rusiya 112,5 min, Ukrayna isə 8 min əsgər itirib
01 avqust 2025 20:22 (UTC +04:00)
“Mənə indicə məlumat verdilər ki, bu ay Ukrayna ilə müharibədə 20 minə yaxın rus əsgəri həlak olub. Rusiya ilin əvvəlindən bu yana 112,5 min əsgər itirib. Bu, çox lazımsız ölümdür. Ukrayna da çox əziyyət çəkib. Onlar 2025-ci ilin yanvarın 1-dən bəri 8,000 əsgər itiriblər.”
Modern.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.
"Bu rəqəmə itkin düşənlər daxil deyil. Ukrayna da mülki vətəndaşları itirib, lakin daha az sayda. Çünki Rusiya raketləri Kiyevə və digər Ukrayna ərazilərinə düşür. Bu müharibə baş verməməli idi", - Tramp bildirib.
O, həmçinin bu müharibənin ABŞ-ın sabiq prezidenti Co Baydenin müharibəsi olduğunu və özünün bu müharibəni dayandırmaq istədiyini qeyd edib.