Türkiyə Prezidenti Rəcəb Tayyib hökumətinə qarşı irəli sürülən ittihamlara sərt cavab verib.
Modern.az xəbər verir ki, o, çıxışında xüsusilə Yaxın Şərqdə baş verən hadisələrə toxunub..
“Bizim Fələstinlə bağlı həssaslığımızı sorğulamaq kimin nə haqqıdır? Dünən öz torpaqlarını müdafiə edən Qəzzə sakinlərinə "terrorçu" deyən siz deyildinizmi?” - deyə Ərdoğan bildirib.
O, illərlə Suriyada davam edən qanlı müharibə və insanlıq faciələrinə də toxunub: “1 milyon insan qətlə yetirilərkən, suriyalı qardaşlarımız zülm görərkən harada idiniz? Hələb, Dəra, Hums və Hamada günahsız insanların üzərinə varil bombaları yağdırılanda niyə səsiniz çıxmadı?”
Ərdoğan Qarabağ məsələsinə toxunaraq bəzi çevrələrin Azərbaycana qarşı ittihamlarını da xatırladıb: “Qarabağ azadlıq uğrunda mübarizə apararkən, işğalçıların təbliğatını tirajlayaraq Can Azərbaycana böhtan atan siz deyildinizmi?”
Prezident bildirib ki, hökumət üzvlərinə qarşı səviyyəsiz ifadələr işlədənlər nə edirlərsə etsinlər, bu kampaniyalarla nəticə əldə edə bilməyəcəklər: “Nazirlərimizə dil uzadaraq, bizə qara yaxa bilməyəcəksiniz. Türk xalqının bu coğrafiyada yenidən ayağa qalxmasına, qardaşları ilə kucaqlaşmasına mane ola bilməyəcəksiniz. Siz istəsəniz də, istəməsəniz də tarix bizim haqlı və dik duruşumuzu yazır. Türkiyənin apardığı bu çətin mübarizə inanan qəlblərdə iftixarla yaşayır.”