İran ordusu ölkə ərazisində İsrailin iki hərbi təyyarəsini zərərsizləşdirib.
Metbuat.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat paylaşıb. Məlumata görə, İran İsrail təyyarəsini hədəfə alandan sonra qadın pilot katapult edib. İddialara görə, qadın pilot İran tərəfindən ələ keçirilib. İki F-35 təyyarəsinin İranın yerli müdafiə sistemləri ilə hədəfə alındığı irəli sürülüb.