İsrail ordusu İran tərəfindən ölkəyə doğru raketlər atıldığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, məlumatda hava hücumundan müdafiə sistemlərinin raketlərin qarşısını almağa çalışdığı bildirilib.
İsrail vətəndaşlarına sığınacaqlarda qalmaq çağırışı edilib. Həmçinin, ölkədəki mobil telefonlara xəbərdarlıq siqnalları göndərilərək sığınacaqlara keçmələri istənilib.
İsrail mediasının yaydığı xəbərə görə, Tel-Əvivdə Müdafiə Nazirliyinin binası yaxınlığına raket düşüb.
Qeyd edək ki, İranın ali lideri Əli Xamenei xalqa televiziya ilə müraciət edərək İsraili hədələmişdi: “Sionist rejim çox böyük bir səhvə yol verdi. Nəticədə məhv olacaq”.