Türkiyənin "NOW TV" televziyasının sevilən serialı “Leyla: Hayat... Aşk... Adalet...”də yeni bir ayrılıq gündəmə gəlib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, layihənin növbəti seriyasında Alperen Duymazın canlandırdığı “Civan” obrazı ilə yollar ayrılacaq.
Serialda əsas rollarda Cemre Baysel (Leyla), Qonca Vuslateri (Nur) və Yiğit Kirazcı (Mali) kimi tanınmış aktyorlar çıxış edir.
Qeyd olunur ki, baş rollardan birinin serialdan ayrılması final ehtimallarını gücləndirib. Jurnalist Birsen Altuntaşın məlumatına görə, layihəyə ustad aktyor Selçuk Yöntem də qatılacaq. Bildirilir ki, sənətçi artıq serial rəhbərliyi ilə razılıq əldə edib.