Avropa İttifaqı müdafiə sektorunun gücləndirilməsi məqsədi ilə 150 milyard avro kreditin daxil olduğu SAFE adlı Avropa Təhlükəsizlik Fəaliyyəti barədə razılığa gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Antonio Kosta açıqlama verib. O bildirib ki, üzv ölkələrin səfirlərinin əldə etdiyi razılaşma daha güclü Avropaya doğru atılan mühüm addımdır. SAFE hərbi xərclərin və istehsalın artırılması və birgə müdafiə layihələrinə resursların ayrılması kimi elementləri özündə əks etdirir. Layihə AB Komissiyası tərəfindən təklif edilən strategiyanın bir hissəsidir.
Bildirilir ki, AB fondlarından faydalanmaq üçün alınan silah sisteminin dəyərinin azı 65 faizi Aİ ölkələri və Avropa İqtisadi Birliyinin üzvü olan Norveç, Lixtenşteyn, İslandiya və Ukraynadan alınmalıdır. Qalan 35 faiz bu ölkələrdən kənardan gələcək. 65 faizə daxil olmaq üçün xüsusi ikitərəfli təhlükəsizlik və müdafiə sazişi imzalamaq lazımdır.