Okeaniya ölkəsi Papua Yeni Qvineyanın şimal sahillərində rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Anqoram şəhərindən təxminən 81 kilometr şimal-şərqdə yerin 10 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib. Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Qeyd edək ki, bundan əvvəl Papua Yeni Qvineyanın Qərbi Yeni Britaniya əyalətinin Kimbe şəhəri yaxınlığında 6,9 bal gücündə zəlzələ baş vermişdi. Sunami xəbərdarlığı elan edilsə də, zələzlə fəsadsız ötüşmüşdü.