Fələstin prezidenti Mahmud Abbas HƏMAS-ı Qəzza zolağına nəzarətdən əl çəkməyə və silahlarını təhvil verməyə çağırıb.
Metbuat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin prezidenti İraqın paytaxtı Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının 34-cü sammitində bildirib.
"Biz Qəzza zolağının yenidən qurulması planının maliyyələşdirilməsi və həyata keçirilməsi məqsədi ilə Qahirədə beynəlxalq konfrans keçirməyə dəvət edirik".