Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyi 6-cı Zirvə toplantısının açılış mərasimində Albaniyanın Baş nazir Edi Rama İtaliyanın Baş naziri Corcia Melonini qarşılayarkən diz çöküb.
Metbuat.az xəbər verir ki, zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edib. Corcia Meloni toplantıya gələrkən Edi Rama hörmət nümayiş etdirmək üçün onun önündə diz çöküb.
