ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Çinli məmurlara müraciət edən yeni video ilə diqqət çəkib.
Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan videolarda Çin Kommunist Partiyasından narazı olan dövlət qulluqçuları ABŞ kəşfiyyatı ilə əməkdaşlığa çağırılır. Açıqlamada, Çindəki korrupsiya və zülmdən narazı olanlara mesaj göndərilərək, ABŞ kəşfiyyatı ilə əlaqə saxlamağa dair çağırış edilir. ABŞ-nin kəşfiyyat rəsmilərinin iddiasına görə, oxşar kampaniyalar keçmişdə Rusiyaya qarşı uğurla həyata keçirilib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi yayımlanan videoların Çinə qarşı həyata keçirilən kəşfiyyat fəaliyyətlərinin bir hissəsi olduğunu vurğulayaraq, "Tariximizdə heç bir düşmən Çin Kommunist Partiyası qədər ciddi və strateji təhlükə yaratmamışdır" - deyə bəyan edib.