"Əl-Hilal" klubunda ayrılıq baş verib.
Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi baş məşqçisi Jorji Jezuşla yollarını ayırıb.
Buna səbəb komandanın Asiya Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırması olub. Klub rəhbərliyi qərarını bundan sonra qətiləşdirib.
Qeyd edək ki, Jezuş ötən mövsüm "Əl-Hilal"la həm Səudiyyə Ərəbistanı çempionu olub, həm də ölkə kubokunu qazanmışdı.