Türkiyəli tanınmış aktrisa Yağmur Bircan Çetin yeni açıqlaması ilə gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, aktrisa sosial şəbəkədə etdiyi paylaşımda tanınmış rejissordan əxlaqsız təklif aldığını bildirib.
Çetin qeyd edib ki, aktyorluq karyerasına yeni başladığı dövrdə dostunun vasitəsilə tanış olduğu tanınmış bir rejissorla görüş zamanı ona peşəkar təklifdən uzaq, son dərəcə təhqiredici bir münasibət göstərilib.
“Sizi məşhur edərik, adın çıxmaz” kimi sözlərlə qarşılaşdığını bildirən aktrisa, yaşadığı hadisəni belə xatırlayıb: “O qədər əsəbiləşdim ki, oradan necə çıxdığımı xatırlamıram. Yanımda heç bir sübut yoxdur, amma o insanı hər yerdən blokladım”.
Yağmur Bircan Çetin belə halların sənət mühitinə zərər verdiyini vurğulayıb və sektorun əslində peşəkarlıq üzərində qurulduğunu, insanların istedadları ilə dəyərləndirildiyini ifadə edib. O, bu cür halların üstünün örtülməməli olduğunu, hər kəsin səssiz qalmadan danışmalı olduğunu bildirib.