İqlim dəyişikliyinin yalnız Yerdəki həyatda deyil, kosmosda da nəticələri ola bilər.
Metbuat.az xəbər verir ki, bu barədə Birmingem universiteti araşdırma aparıb. Alimlərin fikrincə, atmosferdə artan karbon qazı səviyyəsi aşağı Yer orbitində peyklərin hərəkətini dəyişdirərək toqquşma riskini artırır. Aaraşdırmaya görə, istixana qazları atmosferin aşağı hissəsindəki istiliyi tutaraq, atmosferin yuxarı təbəqələrinin soyumasına səbəb olur. Normalda atmosferin sıxlığı köhnə peykləri orbitdən çıxararaq kosmik zibilləri azaldır. Atmosferin sıxlığı azaldıqca peyklərə təsir edən sürtünmə qüvvəsi də azalır. Lakin atmosfer nazikləşdikcə peyklərin orbitdə keçirdikləri vaxt artır və toqquşma ehtimalı artır.
Qeyd edək ki, hazırda dəniz səviyyəsindən 300 ilə 1000 kilometr arasında olan aşağı Yer orbitində 8000-dən çox peyk var.