"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yeni mövsümdə heyətdə böyük dəyişikliklər edə bilər.
Metbuat.az xəbər verir ki, "Mançester Siti" 7 futbolçunu klubdan göndərə bilər. Onlar Con Stounz, İlkay Gündoğan, Kevin De Brüyne, Bernardu Silva və Mateo Kovaçiçdir. "Daily Star" nəşrinin məlumatına görə, Qvardiola onların əvəzinə yeni transferlərə şans vermək istəyir.
Qeyd edək ki, "Mançester Siti" mövsümün fasiləsində Niko Qonsales, Abdukodir Xusanov, Ömər Marmuş və Vitor Reysi transfer edib. Klub transferlərə 200 milyon avro pul xərcləyib.