UEFA Çempionlar Liqasının pley-off matçında "Borussiya Dortmund" "Sportinq Lissabon"u qəbul edib.
Metbuat.az xəbər verir ki, ilk oyunda rəqibinin qapısından 3 cavabsız top keçirən almanlar ev oyununda qolsuz heç-heçəyə razılaşıblar - 0:0 (3:0).
Beləliklə də, Dortmund təmsilçisi Çempionlar Liqasında yoluna davam edir. Portuqallar isə turnirdə mübarizəni dayandırıblar.