Braziliyalı futbolçu Vinisius Junior bir qrup investisiya şirkəti ilə Portuqaliyanın ikinci liqasında iştirak edən "FC Alverca" klubunu alıb.
Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Açıqlamada deyilir ki, klub “Sportif Anonim” şirkətinin ən böyük səhmdarı Ricaro Vicintinin klubdakı 70% ilə 80% arasında olan payını futbolçu Vinicius da daxil olmaqla bir qrup ispan və braziliyalı investora satıb. Qeyd edək ki, "FC Alverca" klubu Portuqaliya ikinci divizionunda ikinci yerdədir. Portuqaliya Birinci Liqasına yüksəlmək imkanı olan və tarixində 5 mövsüm Portuqaliya Birinci Liqasında çıxış edən “Alverca” Braziliya futbolu ilə bağlı klub kimi tanınır. Hazırda “Alverca”da 15 Braziliya əsilli futbolçu çıxış edir.