"Qalatasaray" Türkiyə Superliqasının XXIV turunda səfərdə "Rizəspor"u 2:1 hesabı ilə məğlub edib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində Viktor Osimhen (47, 86) dubl müəllifi olub. Meydan sahiblərinin qolunu isə Ali Sou (54) vurub.
Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" 63 xalla liderdir. 57 xalı olan "Fənərbağça" ikinci, 46 xala malik "Samsunspor" isə üçüncüdür.