Vətəndaşın marketdən aldığı çörəyin içərisindən siqaret kötüyü çıxıb.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, qeyd olunan məsələ agentliyin regional bölməsi tərəfindən nəzarətə götürülüb. Qurumun mütəxəssisləri faktla bağlı müvafiq araşdırmalara başlayıblar.