Rusiyanın “İzvestiya” nəşrinin ştatdankənar müxbiri Aleksandr Martemyanov Ukraynada həlak olub.
Modern.az xəbər verir ki, bu barədə nəşr özü məlumat yayıb.
Onun Donetsk-Qorlovka şossesində avtomobilə hücum nəticəsində həlak olduğu bildirilir. Hücumun Ukraynaya məxsus pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi qeyd olunur.
"RİA Novosti" isə vurğulayır ki, Ukrayna Silahlı Qüvvələrinin Donetsk-Qorlovka magistral yolunda mülki avtomobili vurması nəticəsində müxbirləri Maksim Romanenko və Mixail Kevxiyev, eləcə də daha üç media işçisi yaralanıb.