2024-cü ildə Ukrayna Müdafiə Qüvvələri 3600 kvadrat kilometrdən çox əraziyə nəzarəti itirib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın "Militarni" portalı "DeepState" xidmətinin məlumatlarına əsaslanaraq yazıb.
Bildirilir ki, təkcə noyabrda Ukrayna qüvvələri hər gün 20 kvadrat kilometrdən çox ərazini itirib.
2024-cü ildə ən böyük itkilər Donetsk və Xarkov vilayətlərində baş verib. Donetsk vilayətində rus qoşunlarının fəallığının il ərzində ən yüksək olub.