Cəlilabad rayonunda 52 yaşlı kişinin meyiti tapılıb.
Modern.az xəbər verir ki, rayonunum Göytəpə şəhər sakini, 3 gün əvvəl öldüyü güman edilən 1972-ci il təvəllüdlü Ağayev Aydın Hüseynağa oğlunun cansız bədəni qonşuları tərəfindən yaşadığı ünvanda tapılıb.
Məlumata görə o, evdə tək qalırmış.
Meyit müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev