Bolqarıstan və Rumıniya de-fakto Şengenə qoşulub.
Metbuat.az xəbər verir ki, qərarə əsasən Bolqarıstan və Rumıniya vətəndaşları Avropa İttifaqı ərazisində vizasız səyahət edə bilərlər. Bununla bağlı qərar əvvəl qəbul olunsa da, icrasına indi başlanılıb.
Qeyd edək ki, bundan əvvəl Avstriya immiqrasiya və korrupsiya kimi səbəblərə görə Bolqarıstan və Rumıniyanın Şengenə daxil olmasına veto qoymuşdu. Bolqarıstan və Rumıniya Avropa İttifaqının su və hava ərazisindən sərbəst istifadə edə bilsə də, quru yolundan viza ilə istifadə edə bilirdi.