Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində ölənlərin sayı 47-ə çatıb.
Modern.az Cənubi Koreya mediasına istinadla xəbər verir ki, “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb.
Təyyarənin göyərtəsində 173 koreyalı, 2 tailand vətəndaşı olub.
****
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb.
Modern.az Cənubi Koreya mediasına istinadla xəbər verir ki, “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb. Nəticədə yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub. İlkin ehtimala görə qəzaya səbəb şassi problemi olub.
Hadisə yerinə gələn xilasediclər 2 nəfəri sağ çıxarıblar. Hazırda axtarış-xilasetmə işləri davam edir.