Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri 30 min insanın yaşadığı Siarqao adasıdan 8,8 km cənub-şərqdə, ocağı isə 41 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.