Demokratlar Partiyasının nümayəndələri respublikaçı Donald Trampın dövlət başçısı postunu tutacağına sevinməsələr də, prezidentliyinin necə başa çatmasından məyus olan Cozef Baydenin gedişini səbirsizliklə gözləyirlər.
Modern.az xəbər verir ki, “Hill” qəzeti bu barədə Demokratlar Partiyasının lobbiçilərinə istinadla məlumat yayıb.
“Demokratların heç biri Trampı prezident kimi görmək istəmir, lakin hər kəs Baydenin səlahiyyət müddətinin başa çatmasına hazırdır”, - deyə nəşrin həmsöhbətlərindən biri bildirib. Onun sözlərinə görə, Cozef Baydenin oğlu Hanteri əfv etməsi demokratlar arasında xüsusi qəzəbə səbəb olub.
Eyni zamanda, bəzi demokratlar Donald Trampın son bir ayda öz ətrafında yaratdığı ajiotajdan qıcıqlanmayıb və onun qeyri-etik davranmadığını, həmçinin səkkiz il əvvəlkindən daha balanslı göründüyünü qeyd ediblər.
2017-2021-ci illərdə ABŞ Prezidenti olan Donald Tramp 2024-cü il noyabrın 5-də keçirilən prezident seçkilərində də qalib gəlib. O, XIX əsrdən bəri dördillik fasilədən sonra Ağ evə qayıdan ilk amerikalı siyasətçi olub. ABŞ-ın yeni seçilmiş prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə planlaşdırılıb.