Ukrayna Türkiyəyə yeni səfir təyin edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, bu yaxınlarda Rusiya əsirliyindn qayıdan Nəriman Cəlal Ukraynanın Türkiyədəki səfiri kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Nəriman Cəlal Krım Tatar Xalqı Məclisinin sədr müavinidir.
O, 2021-ci il sentyabrın 4-də Rusiya tərəfindən həbs edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu yaxınlarda Rusiya əsarətindən azad edilib.